Nazir əvəzi: “Prezidentin beynəlxalq nüfuzu sayəsində ölkəyə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib” - VİDEO

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev

© APA | Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev

# 06 may 2021 12:12 (UTC +04:00)

“Bu gün vaksinasiya ilə bağlı yeni mərhələ bəyan olunacaq”.

Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib.

O bildirib ki, vaksinasiyanın əsas prinsipləri könüllülük, şəffaflıq və s.-dir: “Bu prinsipləri tam qorumaqla vaksinasiya kampaniyası yanvar ayından başlayaraq uğurla aparılır. Səhiyyə qrupları arasında demək olar 90% vaksinasiya aparılıb. Təhsil sektorunda çalışanlar da bu rəqəmə yaxınlaşır. Son 2 həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayı azalmaqdadır. Bəlli olduğu kimi, dünyada vaksin uğrunda həqiqi müharibə gedir. Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətlidir. Prezidentimizin beynəlxalq nüfuzu sayəsində ölkəmizə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR