Sabah Bakıda havanın temperaturu 33, bölgələrdə 38 dərəcəyədək yüksələcək - VİDEO

Sabah Bakıda havanın temperaturu 33, bölgələrdə 38 dərəcəyədək yüksələcək - <span style="color: red;">VİDEO
# 17 may 2014 09:27 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR