Zərdabda yeni dəyirmanın və qaz xəttinin açılış mərasimi keçirilib - FOTO

Zərdabda yeni dəyirmanın və qaz xəttinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 10 may 2013 09:26 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Bu gün Zərdab rayonunda yeni dəyirmanın və qaz xəttinin açılış mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Məmmədqasımlı kəndində sahibkar Ağalarov İntiqam Ağalar oğluna məxsus dəyirmanın açılış mərasimi keçirilib. Dəyirman sutkada 25 ton un istehsal etmək gücündədir. Dəyirmanın ərazisində 1500 tonluq taxıl anbarı da istifadəyə verilib.

Daha sonra rayonun Dəli Quşçu kəndində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. Kənd ərazisində 1700 poqonometr daşıyıcı və paylayıcı xətt çəkilib, 1 pilləli sistem əsasında 300 evə sayğac quraşdırılıb.

Mərasimdə çıxış edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Dəli Quşçu kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edərək bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində artıq rayonun 5-ci kəndinə təbii qaz verilir. Digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. İlin sonuna qədər rayonun daha 10 kəndində təbi qazın verilməsi nəzərdə tutulur.

Mərasimin sonunda icra başçısı qaz xəttinin istifadəyə verilməsini bildirən məşəli yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR