Zakir Həsənov: “Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır”

Zakir Həsənov: “Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır”
# 28 oktyabr 2013 14:18 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, Filip Lefor Azərbaycanın Avropa Birliyi üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb.

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirib ki, Azərbaycan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarıdır, lakin ərazilərin işğaldan azad etmək hüququnu da özündə saxlayır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR