Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” investisiya konfransı keçiriləcək

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” investisiya konfransı keçiriləcək
# 19 fevral 2014 08:37 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Martın 11-12-də Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” investisiya konfransı keçiriləcək.

APA-nın verdiyi məlumata görə, konfransı Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşri təşkil edəcək.

Konfransda Azərbaycanın iqtisadi inkişaf perspektivləri, enerji resurslarından asılılığı aradan qaldırmaq üçün ölkə iqtisadiyyatının diversifikasiyası müzakirə olunacaq.

Tədbirdə bazara çıxışın və rəqabət qabiliyyətinin yaxşılaşdırılması, Azərbaycan iqtisadiyyatına təsir edən qlobal trendləri, habelə kənd təsərrüfatı, turizm və infrastruktur sahələrinə investisiyaların qoyuluşu imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti 2020-ci ilədək ÜDM həcmini iki dəfə artırmaq məqsədilə qeyri-neft sektorunu inkişaf etdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR