Rusiya şirkəti Azərbaycanın kənd təsərrüfatı sektorunda özünə tərəfdaş axtarır

Rusiya şirkəti Azərbaycanın kənd təsərrüfatı sektorunda özünə tərəfdaş axtarır
# 07 iyun 2013 10:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Alfa-Tek» şirkəti Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, «Alfa-Tek» innovativ üsullardan istifadə edərək bitkilərin artımı, inkişafı və qorunması sahəsində fəaliyyət göstərir. Sözügedən şirkətlər əməkdaşlıqda maraqlı olan iş adamları Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 561-00-98.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR