Hakimlər üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizəyə dair təlim keçirilib

Hakimlər üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizəyə dair təlim keçirilib
# 11 dekabr 2013 12:37 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Bakı Ofisi və Məhkəmə-Hüquq Şurası 20 azərbaycanlı hakim üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizəyə dair iki günlük təlim kursu təşkil edib.

ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, təlim kursunun məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə üzrə məhkəmə təcrübələri əsasında yaradılmış hüquqla yanaşı, ATƏT-ə üzv olan dövlətlərin faydalı təcrübələri ilə hakimləri tanış etmək, eləcə də müvafiq beynəlxalq hüquqi bazaya dair onların bilik və bacarıqlarını artırmaq olub.

ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və ətraf mühit şöbəsinin rəhbəri Emmanuel Huntzinger bildirib ki, ofisdə keçirilən əvvəlki təlim seminarları çirkli pulların yuyulmasına dair cinayətlərin mühakiməsi və təhqiqi üzrə prokuror və hakimlərin bilik və bacarığını artırmağa kömək edib: “Son təlim kursu üzrə əldə edilən müsbət rəyə və Məhkəmə-Hüquq Şurası ilə davam edən danışıqlara əsasən, Ofisimiz bu fəaliyyəti davam etdirməyi qərara alıb”.

Beynəlxalq mütəxəssis, professor Ari-Matti Nuutillanın keçirdiyi təlim kursunda beynəlxalq norma və standartların mövcud cinayət qanunvericiliyinə tətbiq olunmasına xüsusi diqqət ayrılıb. İştirakçılar həmçinin Almaniyada mövcud məhkəmə işləri üzrə interaktiv seminarda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR