ABŞ dövlət katibi: “Biz indiki vəziyyətdə İranla yalnız nüvə məsələsini müzakirə edəcəyik”

ABŞ dövlət katibi: “Biz indiki vəziyyətdə İranla yalnız nüvə məsələsini müzakirə edəcəyik”
# 10 fevral 2014 11:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz indiki vəziyyətdə İranla yalnız nüvə məsələsini müzakirə edəcəyik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, İranın nüvə problemi həll olunmadan bu ölkənin rəhbərliyi ilə nə Suriya böhranı, nə də digər təhlükəsizlik məsələləri ilə bağlı müzakirə aparılmayacaq: “ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Şimali Afrikanın təhlükəsizliyi məsələsinə önəm verir. Ancaq İranın nüvə məsələsi həll edilmədən bu mövzu ilə bağlı rəsmi Tehranla hansısa müzakirələr aparmaq istəmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR