Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşüb
# 10 oktyabr 2013 14:11 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilata üzv ölkələr arasında koordinasiya edilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

V.Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə qurduğu əməkdaşlıq haqqında məlumat verib.

Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR