İraqda baş verən terror aktlarında 20-dək insan ölüb

İraqda baş verən terror aktlarında 20-dək insan ölüb
# 30 aprel 2013 01:48 (UTC +04:00)

Bakı-APA. İraqda baş vermiş bir neçə terror aktında 20-dək insan həlak olub. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Bağdaddan 300 km məsafədə yerləşən Amara şəhərində iki partlayış həyata keçirilib. Nəticədə 9 nəfər həlak olub, 40-dək insan isə yaralanıb. Bağdaddan 150 km məsafədə yerləşən Divaniyyə şəhərinin bazarında baş vermiş partlayış 3 nəfərin həyatına son qoyub.

Digər partlayışlar Kərbəla və Mahmudiyyə şəhərlərində həyata keçirilib. Bu partlayışlar daha 6 nəfərin həyatına son qoyub.

Bütün hallarda insanların kütləvi toplaşdıqları yerlərin yaxınlığında partladılan avtomobillərdən istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR