Rusiya ötən il Azərbaycandan 1,7 mlrd. kubmetr qaz alıb

Rusiya ötən il Azərbaycandan 1,7 mlrd. kubmetr qaz alıb
# 06 fevral 2013 14:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında bağlanmış 5 illik müqaviləyə uyğun olaraq hər il qazın nəqli ilə bağlı tərəflər arasında müvafiq illik protokollar imzalanır: «İki ölkə arasında 2015-ci ilədək qüvvədə olan müqavilə var və bu müqaviləyə uyğun olaraq hər il üçün protokollar imzalanır. Hazırda bu il üçün protokol üzəridə iş gedir. Fevralın ortalarında bu protokol da imzalanacaq».

Səfir bildirib ki, ötən ilki protokol 3 mlrd. kubmetrin nəqlini nəzərdə tutsa da, reallıqda Rusiya 1,6-1,7 mlrd. kubmetr qaz alıb: «Amma bu normal ticarətdir, müqavilə və protokolun şərtlərində bütün məsələlər nəzərə alınıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR