Rusiya səfiri: “Rus dilinin öyrənilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük təsir göstərir”

Rusiya səfiri: “Rus dilinin öyrənilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük təsir göstərir”
# 04 iyun 2012 14:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycanda rus dilinin öyrənilməsi üçün unikal şərait yaradılıb”. APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin S. Vurğun adına Dövlət Rus Dram Teatrında Rus Dili Günü münasibətilə keçirilən tədbirdə deyib. O bildirib ki, rus dilinin öyrənilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli mehriban qonşuluq və dostluq əlaqələrin inkişafına böyük təsir göstərir.

Yazıçı Çingiz Abdullayev çıxışında rus ədəbiyyatının Azərbaycan yazıçılarına təsirindən danışıb: “Rus dili bizim dünya sivilizasiyasına yaxınlaşmağımıza kömək etdi”.

Tədbir çərçivəsində Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi tərəfindən keçirilən rus dili və tarixi olimpiadalarının, “İlin ən yaxşı rus dili və ədəbiyyatı müəllimi”, “Rus dili və ədəbiyyatını ən yaxşı tədris edən məktəb” müsabiqələrinin qalibləri mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR