İsmayıl Kövsəri: ““Altılıq” ölkələri ilə müzakirələr aparılsa da, İran nüvə proqramına davam edəcək”
24 mart 2012 14:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran bölgə dövlətləri ilə siyasətini yenidən nəzərdən keçirməlidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini İsmayıl Kövsəri deyib. O bildirib ki, İran Səudiyyə Ərəbistanı və Qətərlə də diplomatik münasibətlərini yenidən nəzərdən keçirməlidir: “İran bölgə ölkələri ilə bağlı siyasətini yenidən dəyərləndirməlidir ki, həmin dövlətlər etdiklərinə qarşı İranın səssiz qaldığını zənn etməsinlər. Yeni ildən İran güclü və şəffaf diplomatiyası ilə imperialist güclərin qarşısında dayanacaq. Dünya imperialist güclərin geriləməsinə və islam oyanışının yayılmasına şahid olacaq”.
İ. Kövsəri “altılıq” ölkələri ilə müzakirələrə də toxunub: “İran nüvə ölkəsidir. Sülh məqsədilə nüvə proqramına davam edəcəyik. “Altılıq” ölkələri ilə istehsalı azaltmaq və ya dayandırmaq yönündə müzakirələr aparılmayacaq”.
İ. Kövsəri “altılıq” ölkələri ilə müzakirələrə də toxunub: “İran nüvə ölkəsidir. Sülh məqsədilə nüvə proqramına davam edəcəyik. “Altılıq” ölkələri ilə istehsalı azaltmaq və ya dayandırmaq yönündə müzakirələr aparılmayacaq”.
Asiya
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, 70-dən çox insan yaralanıb, ölən var - YENİLƏNİB
22:36
21 may 2024
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub
16:35
21 may 2024
İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
15:29
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB
15:20
21 may 2024