Qurban Qurbanov: “Hər şey yenidən başlayacaq”

Qurban Qurbanov: “Hər şey yenidən başlayacaq”
# 27 mart 2012 13:47 (UTC +04:00)
“Qəbələ” ilə oyuna ciddi hazırlaşmışıq. Az öncə son məşqimizi keçirdik və şükürlər olsun, hər şey qaydasındadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində sabah “Qəbələ”ni qonaq edəcək ağdamlılar səfərdəki matçda 2:2 hesablı bərabərliyə qalıb. Qurbanov rəqibin son vaxtlar uğurlu çıxış etdiyini ön plana çəkib: “Bu mənada bizi ağır oyun gözləyir. “Qəbələ” çətin rəqibdir, son vaxtlar yaxşı oyun nümayiş etdirir. Nəticədə hazırda yaxşı formadadır”.

“Qarabağ”a yarımfinala çıxmaq üçün 0:0, 1:1 hesablı bərabərliklər də yetərlidir. Çünki Qurbanovun yetirmələri səfərdə 2 qol vurub ki, bu da kubokda rəqib meydanında daha çox qol vuran komandaya üstünlük verilməyi ilə bağlıdır.

Ancaq çalışdırıcı sərfəli nəticəyə görə arxayınlaşmadıqlarını, cavab matçına heç-heçə, müdafiə olunmaq üçün çıxmayacaqlarını bildirib: “Bu, yüzdə yüz belədir. Kubokda mübarizə 2 oyundan ibarətdir. Hələlik ilk matç arxada qalıb və hər şey yenidən başlayacaq. “Qəbələ”yə qol vurmaq, qalib gəlmək lazım olduğundan, daha çox hücum edəcək. Bu mənada oyun ərzində hər an diqqətli olmalıyıq. Rəqibin heyətində səviyyəli, qol vurmağı ilə seçilən legionerlər var. Ümumiyyətlə, “Qəbələ” standart vəziyyətlərdən, autlardan yaxşı istifadə edir. Hətta meydanın mərkəzindən uzun, dəqiq ötürmə ilə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaradır. Necə ki, ilk kubok oyununda Aleksandr Çertoqanovun belə ötürməsindən sonra Viktor Mendi təkbətək çıxaraq, qapımıza qol vurdu”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR