İran və Ermənistan arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

İran və Ermənistan arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb
# 18 aprel 2012 12:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran və Ermənistan arasında suvarma qurğuları və su nasosları üzrə ortaq əməkdaşlığa dair müqavilə imzalanıb. APA-nın məlumatına görə, müqaviləyə əsasən hər iki ölkə bu sahədə əməkdaşlığı inkişaf etdirmək məqsədilə ortaq bir şirkət quracaq. Müqavilə Ermənistanın “Armelektromash” şirkəti ilə İranın Xorasan Kənd Təsərrüfatı Sənayesi şirkəti arasında imzalanıb. Razılaşmaya əsasən su nasosları erməni şirkəti tərəfindən istehsal ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR