AMİP rəhbərliyi Brüsselə səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

AMİP rəhbərliyi Brüsselə səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 16 may 2012 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyinin Belçikaya səfəri ilə bağlı mətbuat konfransı keçirib.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın sədri Yusif Bağırzadə deyib ki, səfər zamanı onunla birgə Brüsseldə olan partiyanın baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə katib Elşən Mustafayev Avropa Komissiyasının Mərkəzi ofisində, Avropa Parlamentində və Avropa Xalq Partiyasında (AXP) bir sıra görüşlər keçiriblər.

Səfər çərçivəsində AMİP rəhbərliyi Avropa İttifaqının genişlənmə siyasəti və Avropa Qonşuluq siyasəti üzrə Komissarı cənab Stefan Fülenin aparatının rəsmisi, xanım Alyona Obrusnikova, Avropa Parlamentinin üzvü, AXP-nin vitse-prezidenti, xanım Korien Vortman-Kool (Niderland), Avropa Parlamentinin üzvü, AVRONEST siyasi komitəsinin sədri, AXP-nin vitse-prezidenti, cənab Gunnar Hokmark (İsveç), AXP-nin Avropa Parlamentindəki Beynəlxalq əlaqələr xidmətinin rəhbəri, xanım Joanna Jareska Gomez, AXP Baş Katibinin müavini, cənab Kristian Kremer, Avropa Parlamentinin üzvü, Litvanın sabiq prezidenti Vitautas Lansbergis, AVRONEST Parlament Assambleyasının vitse-prezidenti, cənab Yaçek Saryusz-Volski (Polşa) və bir sıra digər rəsmi şəxslərlə görüşlər keçirib.

Mayın 9-da AMİP rəhbərliyi AXP-nin Avropa Parlamentindəki qrup toplantısında və “Avropa Günu” bayram mərasimində iştirak edib.

Səfərin sonunda ATƏT-in Parlament Assambleyasının sabiq sədri, ATƏT-in Dağlıq Qarabağ üzrə sabiq məruzəçisi Qoran Lennmarker tərəfindən AMİP nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR