Albaniya “Eurovision-2012” müsabiqəsinin ilk yarımfinalını yayımlamayacaq

Albaniya “Eurovision-2012” müsabiqəsinin ilk yarımfinalını yayımlamayacaq
# 22 may 2012 12:55 (UTC +04:00)
APA-nın eurovision.tv saytına istinadən yaydığı xəbərə görə, telekanalın rəhbərliyi Avropa Yayımları Birliyinə (EBU) rəsmi müraciət edərək, ölkəsində baş vermiş ağır avtobus qəzası ilə əlaqədar ölkədə matəm elan olunduğunu, bu səbəbdən I yarımfinalı yayımlamaq istəmədiyini bildirib.

EBU rəhbərliyi bu müraciəti müsbət cavablandırıb. EBU-nun qərarına görə, Albaniyanın bu gün yalnız jüri səviyyəsində səs verəcək. “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand çıxışında bu qəzadan məyus olduqlarını və qəzada vəfat edənlərin ailələrinə başsağlığı verib: “Albaniyanın milli yayımçısının müraciətini hörmətlə qəbul edərək razılıq verdik”.

Qeyd edək ki, EBU-nun bu qərarının Albaniyanın yarışmada iştirakı ilə əlaqəsi yoxdur. Albaniya təmsilçisi Rona Nişliu məhz bugünkü yarımfinalda finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Albaniyanın milli yayımçı televiziya kanalında II yarımfinal və final şousu canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, baş vermiş avtobus qəzasında 12 nəfər ölüb, 22 nəfər yaralanıb. Bununla əlaqədar 22 may tarixi Albaniyada matəm günü elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR