Bakı-Böyük Kəsik dəmir yolunun növbəti 100 kilometrinin əsaslı təmirinə başlanılıb - FOTO
28 iyul 2012 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam etdirilir.
«Azərbaycan Dəmir Yolları» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, 28-31 iyul tarixlərində Dəliməmmədli-Zazalı mənzilinin cüt yolunda 4 175 metr yolun əsaslı təmirinə başlanılıb. İyulun 21-də Baş Mİngəçevir stansiyasında ilk 100-cü kilometrin əsaslı təmiri başa çatıb və artıq ikinci 100 kilometrin təmiri gedir. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə ötən ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Əsaslı təmir işlərini «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «ExImBank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024