Bakıda 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
23 aprel 2012 08:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə 23 aprel- Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Yaradıcılıqdan kitaba, müəlifdən müəlliflik hüququna” devizi altında beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib ki, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO Baş Assambleyasının 1995-ci il noyabrın 15-də verdiyi qərarla qeyd edilir. Azərbaycanda isə bu gün 1996-cı ildən keçirilir.YUNESCO bu il həmin günün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib.
K. İmanov qeyd edib ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda müəlliflik hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib. Ötən il agentliyin nəzdində “qaynar xətt” açılıb, il ərzində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” yaradılıb. Ötən il agentliyin “qaynar xətt”inə 700-dən çox müraciət daxil olub, 908 nəfər müəllif (hüquq sahibi), əsər istifadəçiləri olan hüquqi və fiziki şəxs qəbul edilib.
K. İmanov bildirib ki, Azərbaycanda 2005-ci illə müqayisədə ötən il piratçılığın səviyyəsi kitab nəşri sahəsində və audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev isə deyib ki, müəlliflik hüquqları ilə bağlı Azərbaycana qarşı yönəlmiş iddiaların qarşısının alıpnması, ölkədə müəlliflik hüuquqlarının qorunması baxımından bu tədbirin çox böyük əhəmiyyəti var.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024