AEBA: İranla keçiriləcək müzakirələrdə əsas məsələlərdən biri Parçin hərbi obyektinə daxil olmaq üçün icazə almaq olacaq

AEBA: İranla keçiriləcək müzakirələrdə əsas məsələlərdən biri Parçin hərbi obyektinə daxil olmaq üçün icazə almaq olacaq
# 05 may 2012 01:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Tehranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında keçiriləcək müzakirələrdə əsas məsələlərdən biri İranın hərbi obyektinə daxil olmaq üçün izin almaq olacaq”. APA-nın məlumatına görə, bu barədə AEBA rəhbəri Yukiya Amano jurnalistlərə açıqlamasında verib. O bildirib ki, AEBA İranın Parçin hərbi obyektinə daxil olmaq üçün etdiyi müraciətinə hələlik müsbət cavab almayıb: «Biz İranla Parçin hərbi obyekti ilə bağlı müzakirələri davam etdirmək istəyirik. Parçinlə bağlı həll edilməmiş suallara cavab axtarmaq qarşıda duran əsas məqsədlərimizdən biridir. Odur ki, biz İranla aparacağımız yeni müzakirələr mərhələsinə elə bu məsələ ilə başlamalıyıq. Bizim orada mütəxəssislərimiz yoxdur. Odur ki, Parçində hansı işlərin görüldüyünü deyə bilmərik».

Qeyd edək ki, İranla AEBA arasında yeni müzakirələr mərhələsi mayın 14-15-də Venesiyada başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR