Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdən atəşə tutublar

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdən atəşə tutublar
# 14 mart 2012 07:03 (UTC +04:00)
Bakı-APA. Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 13.00-dan 13.15-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 21.50-dən 22.00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 22.52-dək, 22.55-dən 23.00-dək, 22.50-dən 23.09-dək və martın 14-də saat 03.15-dən 03.20-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.35-dən 03.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR