Bu il Azərbaycanda bir sıra yeni sənaye müəssisələri istifadəyə veriləcək

Bu il Azərbaycanda bir sıra yeni sənaye müəssisələri istifadəyə veriləcək
# 29 fevral 2012 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın sənaye sahəsi bu il bir qədər də inkişaf edəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda bir sıra yeni sənaye müəssisələri istifadəyə veriləcək. Əsasən Sumqayıt texnoparkında yeni sənaye müəssisələrinin yaradılacağını deyən nazir qeyd edib ki, Sumqayıtda neft-kimya və kimya-məişət müəssisələrinin yaradılması nəzərdə tutulur: “Artıq bunun proqramı tərtib olunub və nəzərdə keçirilir. Əminəm ki, Sumqayıt keçmiş kimya mərkəzi şöhrətini yenidən özünə qaytaracaq. Bunun əsası neft orqanikası əsasında qurulacaq”.

N.Əliyev bildirib ki, Balaxanıda yeni məişət tullantıları texnoparkının yaradılması industriyanın əsasında qurulacaq: “Bu, bizim üçün çox vacib məsələlərdəndir. Eyni zamanda sənayenin emal sahəsi də inkişaf etdiriləcək, istər sənaye, istərsə də kənd təsərrüfatı məhsullarının istehsalı, faydalı qazıntılar, inşaatda istifadə olunan xammal materialları çox yüksək sürətlə artacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR