İranın daxili işlər naziri Ermənistan prezidenti ilə görüşüb

İranın daxili işlər naziri Ermənistan prezidenti ilə görüşüb
# 11 iyul 2012 09:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Ermənistanda səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bu ölkənin prezidenti Serj Sarkisyanla görüşüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüşdə tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, Ermənistanla İran vilayətləri arasındakı əməkdaşlığın qarşılıqlı etimad əsasında, eyni zamanda tarixi köklərə söykənən və dostluq üzərinə qurulan ikitərəfli münasibətlərin daha da güclənməsinin vacib olduğunu vurğulayıblar. S. Sarkisyan son dövrdə qarşılıqlı olaraq reallaşan səfərlərin Ermənistanla İran arasındakı ikitərəfli əlaqələrin daha da dərinləşməsində böyük rol oynadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR