Yunanıstanda erkən parlament seçkisi mayın 6-da keçiriləcək

Yunanıstanda erkən parlament seçkisi mayın 6-da keçiriləcək
# 11 aprel 2012 17:55 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda növbədənkənar parlament seçkiləri mayın 6-na təyin olunub. Bu barədə ölkənin baş naziri Lukas Papadimos məlumat verib. Qərar prezident Karlos Papulyasla məsləhətləşmədən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Yunanıstanda indiki hökumət koalisyon xarakter daşıyır və ölkənin borc böhranı ucbatından keçmiş baş nazir Yorqo Papandreu istefa verdikdən sonra formalaşıb. Hökumət qurularkən onun müvəqqəti xarakter daşıdığı elan olunmuşdu. Koalisiyaya solçu PASOK, Yeni Demokratiya Partiyası və Pravoslav Xalq Partiyası daxildirlər. Hökumətin başçısı Lukas Papadimos isə texnokratdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR