Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərarını açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərarını açıqlayacaq
# 30 aprel 2012 08:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 3-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərarını açıqlayacaq. APA-nın məhkəmənin saytına istinadən verdiyi məlumata görə, “Baxşiyev Azərbaycana qarşı” və “Qasımova və digərləri Azərbaycana qarşı” işləri üzrə müraciət edənlər Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi (Ədalətli mühakimə hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət haqqının müdafiəsi) maddələrində qeyd olunan hüquqlarının pozulduğunu və məhkəmənin onların xeyrinə verdiyi qərarın yerinə yetirilmədiyini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR