Azərbaycan klublarının Avroliqada ilk oyunlarını idarə edəcək hakimlər məlum olub

Azərbaycan klublarının Avroliqada ilk oyunlarını idarə edəcək hakimlər məlum olub
# 28 iyun 2012 14:09 (UTC +04:00)
Bakı-APA. Avroliqada I təsnifat mərhələsində oynayacaq Azərbaycan klublarının iyulun 5-də ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnter”in Estoniyanın “Trans” klubu ilə səfər matçı belçikalı Aleksandr Boukata tapşırılıb. “Bakı”nın Sloveniyanın “Mura” klubu ilə ev oyununda da baş hakim mərkəzi Avropadan olacaq. Bu, ukraynalı Sergey Dankovskidir.

“Xəzər Lənkəran”ın isə Estoniyanın “Nomme Kalyu” klubu ilə hər oyununun baş hakimi müəyyənləşib. Lənkərandakı oyunda sloveniyalı Mitya Ziqaneç, iyulun 10-da Tallinin “Kadriorq” stadionunda keçiriləcək cavab matçında norveçli Daq Vidar Hafsas hakimlik edəcək.

“İnter”lə “Bakı”nın iyulun 12-də təkrar oyunlarını idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR