Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
# 09 oktyabr 2012 13:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə Fazil İbrahimovun Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələyə baxılıb. Komitə sədri Ziyad Səmədzadənin məlumatı dinlənildikdən sonra deputatlar bu məsələnin Milli Məclisin müzakirəsinə təqdim edilməsini məqsədəuyğun sayıblar.

Sonra “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 5 fəsil, 22 maddədən ibarət layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmət rəisi Oqtay Abbasov məlumat verib. O bildirib ki, sənəd hazırlanarkən 11 nazirliyə və Milli Elmlər Akademiyasına göndərilib, mütəxəssislərin təklifləri öyrənilərək nəzərə alınıb.

Sonda “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR