Azərbaycanın xarici işlər naziri Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 07 noyabr 2012 15:04 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əfqanıstanlı nazir Azərbaycanın Əfqanıstana göstərdiyi yardım və dəstəyə görə təşəkkür edib və ölkəsində gedən inkişaf prosesindən danışıb.

Əfqanıstanda informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafından danışan Sanqin Əmirzai, bu sahədə ölkəmizlə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Sanqin Əmirzai onu da bildirib ki, Azərbaycandan olan iş adamlarının ölkəsinə investisiya yatırmalarında maraqlıdırlar.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən məmnunluq ifadə edib və Azərbaycanın Əfqanıstana hər zaman yardım göstərməyə hazır olduğunu bildirib. O, əfqanıstanlı nazirə regionda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqda məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR