Sabirabad rayon sakinləri etiraz aksiyası keçiriblər - FOTO

Sabirabad rayon sakinləri etiraz aksiyası keçiriblər - <font color=red>FOTO</font>
# 10 aprel 2012 16:10 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sakinlər saat 11 radələrindən başlayaraq, Şirvan-Sabirabad yolu ilə, Kür çayı üzərində yerləşən körpüyə doğru yürüş ediblər.

Sakinlər Kür daşqınları ilə bağlı onlara ayrılan kompensasiyasının mənimsənildiyini bəyan edib, problemin aradan qaldırılmasını, günahkarların cəzalandırılmasını tələb ediblər. Yürüş iştirakçıları polis müdaxiləsinə baxmayaraq, körpünün yaxınlığında Şirvan-Sabirabad yolunu kəsib, yolu bir müddət bağlı saxlayıblar.

Daha sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun onlarla görüşmək təklifini qəbul edən etirazçılar Minbaşı kəndinə qayıdıblar. Sakinlərlə görüşən Nazim İsmayılov məsələnin araşdırılacağını, problemləri həll etməyə çalışacaqlarını deyib. N. İsmayılov, həmçinin Minbaşı kəndinə yeni icra nümayəndəsi təyin olunacağını, icra hakimiyyəti başçısının birinci müavininin kəndə ezam olunacağını, onun sakinləri qəbul edib, problemləri ilə maraqlanacağını, müvafiq addımlar atılacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR