Mətbuat Şurasında “Qarapapaqlar” jurnalının beş illiyi qeyd ediləcək

Mətbuat Şurasında “Qarapapaqlar” jurnalının beş illiyi qeyd ediləcək
# 18 may 2012 11:15 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Gürcüstanda nəşr olunan “Qarapapaqlar” jurnalının 5 yaşını qeyd edəcək. Bununla bağlı mərasim mayın 21-də saat 12.00-da Şuranın ofisində keçiriləcək.

Ölkəmizin kütləvi informasiya vasitələri rəhbərlərinin, ictimai xadimlərin, jurnalist təşkilatları nümayəndələrinin qatılacaqları tədbirdə jurnalın yaranmasından, ötən beş ildəki fəaliyyətindən, Gürcüstan azərbaycanlılarının ictimai-mədəni həyatında oynadığı roldan söhbət açılacaq, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 2007-ci ilin mayında Tbilisidə fəaliyyətə başlayan “Qarapapaqlar” jurnalı xaricdə Azərbaycan dilində çıxan ilk elmi jurnal kimi də əhəmiyyətlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR