QMİ-nin Gürcüstan ofisi və Ümumgürcüstan Katolikos-Patriarxı II İliya "Müsəlmanların məsumluğu" filmini tənqid edən birgə bəyanat yayıb

QMİ-nin Gürcüstan ofisi və Ümumgürcüstan Katolikos-Patriarxı II İliya "Müsəlmanların məsumluğu" filmini tənqid edən birgə bəyanat yayıb
# 29 sentyabr 2012 22:21 (UTC +04:00)
Görüşdə "Müsəlmanların məsumiyyəti" filmi ətrafında yaranmış vəziyyətlə baglı müzakirə aparılıb. Görüşün nəticələrinə dair ümumi mövqeyi əks etdirən birgə bəyanat imzalanıb. Bəyanatda deyilir: Hər birimizin bildiyi kimi, insan huquqlarının müdafiəsi azadlıqdan istifadə hüququ deməkdir: yəni müəyyən cavabdehlik və öhdəliklərin könüllü şəkildə nəzərə alınması - bu isə azadlığın ayrılmaz hissəsidir. İfadə azadlığı haqqında da eyni sözü deyə bilərik, xüsusilə də başqalarının hüquqları, dini və ənənəvi dəyərlər kimi mövzular haqqında. Bundan irəli gələrək Gürcüstan kilsəsi və QMİ-nin Gürcüstan nümayandəlyi "Müsəlmanların məsumluğu" filminin ictimai şəkildə göstərilməsini yolverilməz hesab edir. Bu hal milyonlarla insanı təhqir etdi və onların etirazı ədalətli idi. Qeyd etmək istəyirik ki, belə problemlər İslama qarşı olmaqla yanaşı digər dinlərə qarşı da olur. İctimai mühitdə xristianların dini hisslərinin təhqir olunmasının hallarına rast gəlmişik. Təəssüf ki, belə hallar dini gərginlik yaradır və müxtəlif ölkələrdə sülhə ciddi təhlükə yaradır. Bu hallar beynəlxalq miqyasda da genişlənir. Etiraz aqressiv formalarını alır ki, əlbəttə, bu hallar qəbul olunmazdır. Lakin dünya hər gün bu reallıqla üzləşir. Odur ki, bu reallıqları hamı nəzərə almalı, gələcəkdə oxşar qarşıdurmaların olmaması üçün belə halların aradan qaldırılmasına öz töhfəsini verməlidir. Bütün bunlar ifadə hüququndan, digərlərinin hüququnu pozmadan istifadə etmək deməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR