Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı Macarıstanda konsert verəcək

Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı Macarıstanda konsert verəcək
# 22 iyun 2012 13:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı Macarıstana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqust ayında Macar Turan Fondu tərəfindən Macarıstanın Buqats bölgəsində türk-hun birliyinin təcəssüm etdirən növbəti Böyük Qurultayı keçiriləcək.

Nazirliyin müvafiq əmri ilə Qədim Musiqi Alətləri Ansamblı tam heyətlə ölkəmizi təmsil etmək üçün Macarıstanın Buqats bölgəsinə ezam olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR