Bir ay ərzində BDU-nun yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq

Bir ay ərzində BDU-nun yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq
# 15 sentyabr 2012 10:17 (UTC +04:00)
Yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək.

APA-nın məlumatına görə, bu barədə BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxana kompleksinin layihələndirilməsi işləri artıq başa çatıb. Layihəyə əsasən, BDU-nun 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli otel tipli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək: “Hazırkı yataqxana otaqları ilə müqayisədə yeni yataqxanaların binası daha geniş olacaq. Yeni yataqxanaların bir hissəsinin gələn ilin sentyabrındak istifadəyə verilməsi nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR