Qaradağ rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Qaradağ rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 08 fevral 2012 09:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Qaradağ rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Sahil qəsəbəsində Turab Mirzəliyev, Şərafəddin Əliyev, Sərxan Məmmədov və Əbülfət Rəfiyev uzunluğu 12 metr, diametri isə 530 millimetr olan boruları oğurlamağa cəhd edərkən Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR