İranda azərbaycanlı fəal həbs cəzasına məhkum edilib

İranda azərbaycanlı fəal həbs cəzasına məhkum edilib
# 12 iyun 2012 00:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal Əlirza Rayeqani 9 ay bir gün müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, “facebook”da fəaliyyət göstərməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda və İran rəsmilərini təhqir etməkdə təqsirləndirilən azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin qərarı ilə həbs və 200 min tümən nəqd pul cəzasına məhkum edilib.
Qeyd edək ki, Ə. Rayeqani 2012-ci ilin aprelin 18-də Miyana şəhərindəki evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və Təbriz həbsxanasının “metadon” adlı narkomanlar və cinayətkarların bölməsində saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR