ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 07 may 2012 12:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan prezidentinin BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən İdarə Heyəti, prezidentin erməni terrorizmi ilə əlaqədar məruzəsini təqdir edib. Şuşa şəhərinin erməni işğalına məruz qalmasının ildönümü məsələsinə toxunan İdarə Heyəti üzvləri Madrid prinsiplərinə görə Şuşa, Xankəndi, Xocalı, Laçın və Kəlbəcərin işğal olunmuş ərazi kimi qeyd olunmamasının tamamilə səhv olduğunu bir daha qeyd edib və hakimiyyəti bu səhvi düzəltməyə çağırıb.

İclasda Rusiyada prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətin təşkil etdiyi mitinq iştirakçılarına tətbiq edilən zorakılıq və həbslər pislənib, o cümlədən MDB məkanında demokratiyanın inkişafı üçün rus demokratların beynəlxalq səviyyədə müdafiəsinin zəruri olduğu qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR