Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni Bədii Şura təsdiqlənəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni Bədii Şura təsdiqlənəcək
# 10 sentyabr 2012 09:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni Bədii Şura təsdiqlənəcək. Bu barədə APA-ya teatra baş rejissor vəzifəsinə yeni təyin olunmuş Bərham Osmanov deyib. B. Osmanov bildirib ki, yeni Bədii Şurada Gənc Tamaşaçılar Teatrından heç kim təmsil olunmayacaq: “Biz çalışırıq ki, teatrın Bədii Şurasında daha çox kənardan və müxtəlif sahənin insanları təmsil olunsun. Fikrimcə, bu, daha yaxşı qərarıdır və müxtəlif sahənin insanların fikrini dinləmək maraqlı olacaq”.

B. Osmanov bildirib ki, yeni Bədii Şura bu yaxınlarda təsdiq olunacaq və şurada təmsil olunanların adı açıqlanacaq. Bununla da teatrda keçmiş Bədii Şura ləğv olunaraq, yenisi ilə əvəzlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR