Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Litvada səfərdə olub-FOTO

Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Litvada səfərdə olub-<font color=red>FOTO</font>
# 18 mart 2012 13:37 (UTC +04:00)
Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanın Litvadakı və Litvanın Azərbaycandakı səfirliklərinin təşəbbüsü ilə baş tutub.

Azərbaycanlı sahibkarlar Litvada fəaliyyət göstərən Kaunas və Klaypeda azad iqtisadi zonalarının fəaliyyəti ilə tanış olub, litvalı həmkarları ilə danışıqlar aparıblar.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə səfər çərçivəsində Vilnüsdə keçirilən biznes-forumda çıxış edib. Səfir Azərbaycan iqtisadiyyatının inkişaf tempindən, Azərbaycan-Litva münasibətlərindən danışıb.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas də ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən razı qaldığını bildirərək, Litvanın azərbaycanlı sahibkarlar üçün Avropaya pəncərə olduğunu qeyd edib.

AZPROMO-nun rəhbəri Adil Məmmədov çıxışında Azərbaycanın investisiya imkanları haqqında məlumat verib.

Daha sonra Azərbaycan və Litva sahibkarları arasında ikitərəfli danışıqlar olub.
Bu görüşlərdə Azərbaycandan 20 Litvadan isə 50 iş adamı iştirak edib.

Görüşlərdə iştirak edən iş adamları informasiya texnologiyaları, kənd təsərrüfatı, maliyyə və sığorta, neft və neft məhsulları, kimya sənayesini və bir çox digər sahələrdə əməkdaşlıq perspektivləri ilə maraqlanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR