İran parlamenti Hörmüz boğazının bağlanmasına dair qanun layihəsini müzakirə edəcək

İran parlamenti Hörmüz boğazının bağlanmasına dair qanun layihəsini müzakirə edəcək
# 03 iyul 2012 10:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinin Tehrana qarşı neft sanksiyalarına etiraz olaraq İran parlamentində Hörmüz boğazının qapadılmasına dair qanun layihəsi müzakirəyə çıxarılacaq. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi deyib. O bildirib ki, qanun layihəsində Avropaya neft daşıyan tankerlərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək: “Bu layihə Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi neft sanksiyalarına bir cavabdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR