Azərbaycan prezidenti səfir və daimi nümayəndələrin təyin olunmasına dair sərəncamlar imzalayıb - YENİLƏNİB
25 sentyabr 2012 16:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, prezidentin başqa bir sərəncamı ilə o, Azərbaycanın Belçika və Lüksemburqda səfir və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Prezident Fuad Eldar oğlu İsgəndərovun Azərbaycanın Niderlandda səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə də də sərəncam imzalayıb. Fuad İsgəndərov digər sərəncamla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub.
Dövlət başçısı həmçinin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb. Bu ölkədə səfir postuna Mirhəmzə Nazim oğlu Əfəndiyev təyin olunub.

Xarici siyasət
Yan Vanmin: Çin Azərbaycanın "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir
17:00
30 aprel 2024
Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri ilə görüşüb
16:28
30 aprel 2024
Azərbaycan XİN Fransanın daxili işlər nazirinə cavab verib
15:51
30 aprel 2024
Ceyhun Bayramov Livanın xarici işlər və diaspor naziri ilə görüşüb
15:38
30 aprel 2024