İcbari Tibbi Sığortaya keçidlə əlaqədar alman mütəxəssislər Azərbaycana gələcək

İcbari Tibbi Sığortaya keçidlə əlaqədar alman mütəxəssislər Azərbaycana gələcək
# 22 sentyabr 2016 15:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı səhiyyə və tibb elmi sahəsinə dair hazırkı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Səhiyyə naziri bu sahədə ölkələr arasında sazişin olmamasına rəğmən, iki ölkə arasında əməkdaşlığın məhsuldar şəkildə davam etdiyini bildirib. Qeyd olunub ki, Almaniyada istehsal olunan bir çox dərman vasitəsi ölkəmizdə dövlət qeydiyyatından keçirilib və hazırda əczaçılıq marketlərinə çıxarılıb.

Səfir ölkədə aparılan səhiyyə sistemindəki islahatlardan danışıb. Görüşdə 2017-2018-ci illər ərzində ölkədə tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq Almaniyadan olan mütəxəssislərin Azərbaycana gəlməsi məsələsi də gündəmə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR