Artur Rəsizadə: "Ötən il sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb"

Artur Rəsizadə: "Ötən il sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb"
# 15 mart 2016 09:36 (UTC +04:00)

Bakı. Musa Əhədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb.

"APA-Economics" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.

Baş nazirin sözlərinə görə, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb. A. Rəsizadə bildirib ki, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb: "Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR