Yaponiyada G7 ölkələrinin energetika nazirlərinin görüşü keçirilir

Yaponiyada G7 ölkələrinin energetika nazirlərinin görüşü keçirilir
# 01 may 2016 11:01 (UTC +04:00)

Bakı-APA. Bu gün Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr də aparacaqlar.

Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir. Eyni zamanda G7 ölkələri nazirlərinin ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir.

İlk günündə birgə naharın və mədəni proqramın nəzərdə tutulduğu toplantıda əsas müzakirələrin mayın 2-də aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR