Yaponiya öz ərazisində ABŞ-ın “Patriot” zenit raket kompleksləri yerləşdirib

Yaponiya öz ərazisində ABŞ-ın “Patriot” zenit raket kompleksləri yerləşdirib
# 11 noyabr 2015 02:20 (UTC +04:00)

Bakı-APA. Yaponiya öz ərazisində ABŞ istehsalı olan 24 ədəd “Patriot” zenit raket komplekslərinin yerləşdirilməsi prosesini başa çatdırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin “Cunqo Sinven Van” xəbər agentliyi məlumat yayıb.

“Yaponiya ölkə ərazisindəki 15 hərbi bazada 24 ədəd “Patriot” zenit raket komplekslərinin yerləşdirilməsini başa çatdırıb”, deyə məlumatda qeyd olunur.

Rəsmi Tokio iddia edir ki, “Patriot” zenit raket kompleksləri Şimali Koreya tərəfindən mümkün nüvə-raket zərbələrini dəf etmək üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR