Azərbaycan prezidenti “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət edib

Azərbaycan prezidenti “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət edib
# 27 sentyabr 2016 13:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanda ikinci dəfə keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət edib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında olub.

Qeyd edək ki, “ADEX-2016” sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur. “ADEX-2016” sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR