Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul üzrə keçirilən test imtahanında 5 nəfər uğur qazanıb

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul üzrə keçirilən test imtahanında 5 nəfər uğur qazanıb
# 20 may 2015 08:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün mayın 17-də keçirdiyi test imtahanının nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, imtahanda 10 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunublar. Müsahibə may ayının 21-də TQDK-nın inzibatı binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR