Azərbaycan Demokrat Firqəsinin rəhbəri, yazıçı-publisist Əmirəli Lahrudinin 90 illiyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycan Demokrat Firqəsinin rəhbəri, yazıçı-publisist Əmirəli Lahrudinin 90 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 avqust 2014 10:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Demokrat Firqəsinin (ADF) rəhbəri, yazıçı-publisist Əmirəli Lahrudinin anadan olmasının 90 illiyi münasibətilə “Mübarizələrdə keçən ömür” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib ki, Ə. Lahrudinin apardığı mübarizə azadlıq mübarizəsi olub: “Biz gözümüzü açandan evimizdə fədai sözünü eşitmişik və onların mübarizəsi bizə örnək olub. Əmirəli müəllimin bütün həyatı Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinə, onun yaşamasına, gələcək nəsillərə çatdırılmasına xidmət edib”.

Tədbirdə çıxış edən Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov Ə. Lahrudiyə fondun ordenini təqdim edib.

Professor Solmaz Tohidi Ə. Lahrudinin həyat və yaradıcılığı haqqında məlumat verib, onu Azərbaycan tarixi üçün fenomenal hadisə adlandırıb.

Yubilyar tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, Əmirəli Lahrudi 1924-cü ildə İranın Meşkin mahalının Lari kəndində anadan olub. 1945-ci ildə ADF-nin Meşkin mahal komitəsinin sədr müavini seçilib. Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba filialında davam etdirib. 1979-cu ildən ADF-nin sədri vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR