Yevlax rayon sakini traktorun altında qalaraq ölüb

Yevlax rayon sakini traktorun altında qalaraq ölüb
# 04 avqust 2014 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Yevlax rayonunda faciəli hadisə baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hacımahmudlu kəndində qeydə alınıb. Rayon sakini Şəfayət Məmmədov idarə etdiyi, Yol İstismar İdarəsinə məxsus traktorla yol təmiri işləri apararkən ona köməklik edən Qabil Abdullayev traktorun altına yıxılıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR