Daha bir Azərbaycan karateçisi ilk Avropa Oyunlarının çempionu olub - FOTOSESSİYA - VİDEO

Daha bir Azərbaycan karateçisi ilk Avropa Oyunlarının çempionu olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 iyun 2015 15:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska çempion olub.

Apasport.az saytının məlumatına görə, İ. Zaretska yarışa qələbə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. İ. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. O, rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cu medalı qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR