Azərbaycanda Aşura ilə bağlı keçirilən aksiyada qan verənlərin sayı açıqlanıb

Azərbaycanda Aşura ilə bağlı keçirilən aksiyada qan verənlərin sayı açıqlanıb
# 24 oktyabr 2015 16:02 (UTC +04:00)

Bu barədə APA-ya B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

O bildirib ki, ölkə üzrə 5136-dən çox insan qan verib.

İnstitut direktorunun sözlərinə görə, bu il toplanan qan keçən ilkindən çox olub: “Ötən il qanvermə aksiyasında 4670 nəfər iştirak edib. Keçən il təxminən 1800 litr qan toplanıb. Bu il isə 2311 litrdən çox qan toplanıb”.

Z. Əlimirzəyeva qeyd edib ki, Bakı şəhərində yığılan qan infeksiyalara görə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, regionlarda yığılan qan isə Mərkəzi Qan Bankının rayonlardakı şöbələrində yoxlanılacaq.

Direktor onu da qeyd edib ki, qan əsasən 18-60 yaş arası sağlam insanlardan götürülüb.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR